Milli komanda

Bolqarıstanın baş məşqçisi: “Baş məşqçi istefaya getməlidir”

 “Avro-2016″nın seçmə mərhələsində millimizi məğlub edən Bolqarıstan millisinin baş məşqçisi Lyuboslav Penev matçdan sonra mətbuat konfransı keçirib.

İdmanxeber.com-un məlumatına görə, Penev konfransda bu fikirləri söyləyib:

“Alqışlara görə minnətdaram. Sizə gələcək oyunlarda uğurlar arzulayıram. Nəticə olmadığı təqdirdə, baş məşqçi istefaya getməlidir. Amma gəlin, bu oyun haqqında danışaq. Azərbaycan yığmasının necə oynadığını bilirdim. Bizim məqsədimiz məhz 2 qol vurmaq deyildi. Biz qələbə qazanmaq üçün yaxşı şanslar yaratmalı idik. Bunu da bacardıq. Rusiya ilə oyunda zəif cəhətlərinizi özümdə qeyd etmişdim. İndi meydançanın durumu yaxşı deyildi. Sevinirəm ki, ilk oyunda 3 xal qazandıq. Bu, çox vacib idi. Bu gün güclü idik. Ona görə qalib gəldik. Amma heç-heçəyə də razı idim. Zədəli oyunçuların olmağına baxmayaraq, biz qələbə qazandıq. 2 ildir ki, bu komandadayam. Sevinirəm ki, yetirmələrim mənim tapşırıqlarımı icra edə bilir. Dmitri Nazarovun İliyan Mitsanskiyə milliniz haqqında məlumat verməsinə isə inanmıram. Ola bilər ki, onlar öz aralarında danışıblar. Amma bizə belə informasiya daxil olmayıb.”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43