Kateqoriyasız

“Boluspor”un baş məşqçisi Abdullayevdən danışdı

Türkiyənin “Boluspor” klubunun baş məşqçisi Əhməd Daşürək komandanın hazırlığından danışıb.

TFF I liqa təmsilçisinin çalışdırıcısı yeni transfer Araz Abdullayevdən də söz açıb:

“İki həftədir göstərilən oyundan məmnun deyiləm. Ötən oyunla müqayisədə bu dəfə 5 dəyişiklik etmişdik. Bəzi oyunçular uzun fasilədən sonra meydana ayaq basdılar. Araz Abdullayev həftəiçi kollektivə qoşuldu və dərhal oyuna çıxdı. Həm o, həm də digərləri hələ tam hazır deyil. Fiziki və uyğunlaşma baxımdan çatışmazlıqlarımız var”.

Qeyd edək ki, “Boluspor” 2 turdan sonra 1 xal yığıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43