08 Sentyabr 2024
Dünya futbolu

Bonuççi “Fənərbağça”da?

”Fənərbağça” Leonardo Bonuççini heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “sarı-lacıvərdlilər”in idman direktoru Mario Branko italiyalı müdafiəçiylə görüşüb. Təcrübəli oyunçu “Yunion”dakı (Berlin) rolundan xoşbəxt deyil və İstanbul klubuna qoşulmağa müsbət yanaşır.

Bonuççi ötən ilin yayında “Yuventus”dan ayrılıb “Yunion”a qoşulub. O, bu mövsüm Berlin klubunda 10 oyuna çıxıb və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43