Dünya futbolu

Bonucci karyerasını bitirir

“Yuventus”un müdafiəçisi Leanordo Bonucci karyerasını bitirməyə hazırlaşır.

İdmanxeber.az İtaliya mətbuatına istinadən xəbər verir ki, təcrübəli oyunçu gələn mövsümün sonunda futbolla vidalaşmağı düşünür. Karyerası ərzində yalnız ölkəsində çıxış edən Bonuccinin yekun qərarını verdiyi bildirilir.

36 yaşlı futbolçu karyerası ərzində 9 A Seriyası çempionluğu və 4 dəfə ölkə kubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43