Kateqoriyasız

Bordin “Sumqayıt”la oyundan danışdı

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri cavab oyununu (0:0, ilk oyun 0:1) şərh edib.

İtaliyalı mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Bilirdik ki, bizi çox çətin oyun gözləyir. Çalışırdıq ki, ilk oyundakı neqativ nəticəni aradan qaldıraq. Bunu oyunun əvvəlindən göstərmək istəyirdik. Matçın çox hissəsi istədiyimiz kimi alındı. Cinahlardan hücumlara üstünlük verməyə çalışırdıq. Yalnız sonluq çatışmırdı, bir az bəxtsizlik var idi. İki oyuna da baxsaq, rəqib çox hücum etmirdi. Üzgünük”.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən “Neftçi” turnirdə mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43