Kateqoriyasız

“Bordo”nun gənc oyunçusundan inanılmaz rekord

Gənc oyunçudan görülməmiş rekord
Fransa çempionatının III turunda “Bordo” komandası doğma meydanda “Monako” klubunu 2-1 hesabı ilə məğlub edib. Ev sahibi komandanın qollarından birini 17 yaşlı futbolçu Petro Pelleqri vurub. Gənc oyunçu vurduğu bu qolla Fransa çempionatında qol vuran ən gənc oyunçu olub. Petro ötən mövsüm İtaliyanın “Cenoa” komandasından Fransa klubuna transfer olunmuşdu.
Qeyd edək ki, 17 yaşlı oyunçu “Cenoa”nın heyətində olarkən də “Roma”ya vurduğu qolla İtaliya çempionatında qol vuran ən gənc oyunçu kimi tarixə düşmüşdü. Petro Pelleqri hər iki çempionatda eyni səbəbdən tarixə düşən yeganə oyunçudur.
İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43