İdman

“Borussiya” 17 yaşlı futbolçu transfer etdi

Dortmund “Borussiya”sı heyətinə 17 yaşlı futbolçu cəlb edib.

İdmanxeber.com-un məlumatına görə, komanda İsveçin AİK klubunda çıxış edən 17 yaşlı hücumçu İsak Aleksanderlə müqavilə imzalayıb. Müqavilənin müddəti isə hələ ki, məlum deyil. Məlumata görə, Almaniya klubu futbolçu üçün 9 milyon avro ödəyib.

Xatırladaq ki, 17 yaşlı futbolçu Madrid “Real”ının da hədəfində idi. Lakin o, “Borussiya”nı seçərək müqaivlə imzalayıb.

Qeyd edək ki, cari mövsüm AİK-in heyətində 24 oyuna çıxan hücumçu 10 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43