Dünya futbolu

“Borussiya” 18 yaşlı futbolçu transfer etdi

Dortmund “Borussiya”sı heyətini yeni futbolçuyla gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, Bundesliqa təmsilçisi PSJ-nin gənc müdafiəçisi Dan-Aksel Zaqadunu heyətinə cəlb edib. Bu barədə məlumatı klubun saytı yayıb.

Zaqadunun xidmətində “Mançester Siti” də maraqlı olsa da, gənc müdafiəçi Dortmund klubunu seçib. 18 yaşlı mərkəz müdafiəçisi həm də, Fransanın U-18 millisinin kapitanıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43