“Borusiyya” (Dortmund) klubu baş məşqçi Edin Terziçlə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis tutduğu vəzifədən istefa verib. 42 yaşlı çalışdırıcını türkiyəli məşqçi Nuri Şahinin əvəzləyəcəyi bildirilir.
Xatırladaq ki, Terziç “Borusiyya”nı ötən mövsüm Çempionlar Liqasının finalına çıxarıb. Həlledici matçda “sarı-qaralar” “Real”a 0:2 hesabı ilə məğlub olub.