Dünya futbolu

“Borussiya” “Fənər”lə danışıqlara başlayır

“Borussiya” (Dortmund) yanvarda Ferdi Kadıoğlu üçün “Fənərbağça” ilə danışıqlar aparacaq.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu 24 yaşlı oyunçu üçün 30 milyon avro tələb edir.

Ferdi 2018-ci ildən “Fənərbağça”da çıxış edir. O, bu mövsüm 19 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43