Dünyadan

“Borussiya” “Qəbələ” ilə oyuna qələbə ilə gəlir (VİDEO)

Almaniya Bundesliqasında IX turun oyunlarına start verilib.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Borussiya” səfərdə “Maynz”ın qonağl olub.

İki qolun vurulduğu qarşılaşmada Dortmund təmsilçisi qələbəni bayram edən tərəf olub – 0:2.

Bununlada “Borussiya” xalını 20-yə çatdıraraq lider “Bavariya”ya biraz da yaxınlaşıb.

Qeyd edək ki, “Borussiya” oktyabrın 22-də Bakıda “Qəbələ”nin qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43