Dünya futbolu

“Borussiya” transferini rəsmən açıqladı

“Çelsi”nin sol müdafiəçisi Yan Matseni icarə əsasında Dortmund “Borussiya”sına keçib.

İdmanxeber.az Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə mövsümün sonuna qədər qüvvədədir.

21 yaşlı hollandiyalı “Feyenoord”, “Sparta” və PSV-nin akademiyalarında çıxış edib. 2018-ci ildə o, “Çelsi”yə keçib.

Matsen londonluların əsas komandasında 16 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43