Dünya futbolu

“Borussiya”da tarixi imza – FOTO

Dortmund “Borussiya”sı baş məşqçisi Yurgen Kloppun müqaviləsini uzadıb.

Bu gün keçirilən mərasimdə alman çalışdırıcı 2016-cı ildə bitəcək müqaviləsinə daha 2 ilini əlavə edib. Yeni sözləşməyə əsasən, Klopp 2018-ci ilə kimi Dortmund təmsilçisini çalışdıracaq.

Xatırladaq ki, təcrübəli çalışdırıcı “Borussiya”ya 2012-ci ilin əvvəlində “Mainz”dən gəlmişdi.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43