Dünya futbolu

“Borussiya”dan 25 milyonluq transfer

Dortmundun “Borussiya” klubu yeni mövsüm öncəsi ilk transferini reallaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, Almaniya nəhəngi “Hoffenhaym”ın sol cinah müdafiəçisi Niko Şultsu rənglərinə bağlayıb. 26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Dortmund klubu bu keçid üçün 25 milyon avro təzminat ödəyib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43