Dünya futbolu

“Borussiya”dan daha bir transfer

“Borussiya” növbəti mövsüm üçün növbəti transferini həyata keçirib.

İdmanxeber.com-un məlumatına görə, Dortmund təmsilçisi Münhenqladbax “Borussiya”sından Mahmud Daudu rənglərinə bağlayıb. Suriya əsilli almaniyalı futbolçu iyul ayının 1-də Dortmund klubunun düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Almaniyanın 21 yaşlılardan ibarət milli komandasının üzvü olan Daud 2014-cü ildən “Borussiya”nın əsas komandasında çıxış edirdi.

Xatırldaq ki, “Borussiya” “Bayer”dən Türkiyə millisinin üzvü Ömər Toprakı da heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43