Dünya futbolu

“Borussiya”nın 104,5 milyon avroluq qazancı

Almaniyanın "Borussiya" (Dortmund) klubu 3 futbolçunun satışından milyonlar qazanıb.

İdmanxeber.com-un məlumatına görə, Bundesliqa təmsilçisi Henrix Mkitaryan, İlkay Gündoğan və Mats Hummelsin transferindən 104,5 milyon avro əldə edib.

"Sarı qaralar" İlkayı "Mançester Siti"yə 27, Mkitaryanı "Mançester Yunayted"ə 42,5, Hummelsi isə "Bavariya"ya 35 milyon avroya satıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43