Dünyadan

“Borussiya”nın futbolçusu La Liqa klubunda

Dortmund “Borussiya”sının Çinin “Çuntsin Lifan” klubuna satdığı Adrian Ramos karyerasını İspaniyada davam etdirəcək.

Çin klubu 31 yaşlı hücumçunu bu mövsümün sonuna qədər La Liqada çıxış edən “Qranada”ya icarəyə verib.

2017/18 mövsümündən isə o, Çinin “Çuntsin Lifan” komandasında çıxış edəcək.

Qeyd edək ki, kolumbiyalı futbolçu 2014-cü ildə “Herta”dan “Borussiya”ya transfer edilmişdi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43