Kateqoriyasız

“Borussiya”nın futbolçusu millimizə dəvət aldı, ilk oyundaca dubl etdi

Münhenqladbax “Borussiya”sında çıxış edən Bilal Sezer millimizə dəvət alıb.

İdmanxeber.com-un məlumatına görə, Almaniya klubun ikinci heyətində top qovan və Qərb Regional Liqasında iştirak edən bu futbolçu hələlik, U-21 yığmamıza dəvət olunur.

Sezer artıq “Pirmasens” klubu ilə yoxlama oyununda (4:1) debüt edib və dubla imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43