20 Sentyabr 2024
Ölkə futbolu

BOS-da Klublar Komitəsinin iclası keçirildi

Bakı Olimpiya Stadionunda Klublar Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, iclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov və Premyer Liqa klublarının nümayəndələri iştirak ediblər.

İclasda ölkə futbolu ilə bağlı müxtəlif məsələlər müzakirə olunub.

Daha sonra AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək klub nümayəndələrinə VAR sisteminin iş prinsipləri haqqında məlumat verib, onların suallarını cavablandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43