Kateqoriyasız

“Boş zamanımda “PlayStation” oynayıram” – Ramil Quliyev

“Ümid edirəm ki, COVID-19 tezliklə yox olar və hazırlığa başlayarıq. Əlimizdən gələn qədər evdə hazırlaşırıq. Mümkün qədər formada qalmağa çalışırıq. Çünki məşq etməsək, formadan düşərik və əvvəlki vəziyyətə qayıtmaq uzun zaman alar. Boş zamanımda “PlayStation” oynayır, kitab oxuyur və seriallara baxıram”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Türkiyə millisində 200 metr məsafəyə qaçışda Avropa və dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyev “Anadolu” agentliyinə müsahibəsində deyib.

Ramil karyerasında unutmayacağı anlardan söz açıb:

“Dünya çempionatını unutmaq mümkün deyil. Londondakı yarışı yüksək nəticə ilə yekunlaşdırmaq gözəl hissdir. O duyğu heç vaxt silinməyəcək. Olimpiya Oyunlarında daha yaxşısını edə biləcəyimə inanıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

APOEL-in baş məşqçisi qələbəni şərh etdi

admin

“Qəbələ” Avroliqada bu iki komandadan biri ilə qarşılaşacaq

admin

“Emin Mahmudovu heç kimə satmaram” – “Neftçi”nin prezidenti

Səxavət Qurbanov