Ölkə futbolu

Böyük ayrılıq – Nelson Bonilya “Zirə”dən getdi

"Növbəti mövsümdən Azərbaycanda oynamayacam. Ancaq indi çıxış edəcəyim klubun adını söyləyə bilmərəm. Onu deyə bilərəm ki, Avropanın 10 ən yaxşı çempionatından birində oynayacam. Vaxtı gələndə klubun adını açıqlayacam. Xoşbəxtəm, çünki ötən mövsüm mənim üçün yaxşı alındı".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Zirə"nin futbolçusu Nelson Bonilya deyib.

Ötən mövsüm Azərbaycan Premyer Liqada vurduğu 14 qolla "Zirə"nin ən məhsuldar futbolçusu olan Bonilla "İnstagram" sosial şəbəkəsində paylaşdığı şəkillə komandası ilə vidalaşıb:

"Paylaşdığım bu şəkillə komanda yoldaşlarıma, bütün heyətə və azarkeşlərə təşəkkür edirəm. Mənə hər məşqdə və oyunda özümü evimdəki kimi hiss etdirdikləri üçün minnətdaram. Ötən mövsüm mənim üçün maraqlı keçdi və birlikdə böyük işlər gördük. Ümid edirəm ki, mənim klub üçün etdiklərimdən zövq aldınız. Bakı hər zaman həyatımda xüsusi yer tutacaq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43