08 Sentyabr 2024
İdman

“Böyük Dəbilqə”: 2 cüdoçumuz uğursuz çıxış etdi

Cüdo millimizin 2 üzvü Fransanın paytaxtı Parisdə start götürən “Böyük Dəbilqə” turnirində uğursuz çıxış edib.

İdmanzxeber.az-ın məlumatına görə, Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) medalsız qalıblar.

Nazir Talıbov 1/32 finalda Artyom Leşuka (Ukrayna) məğlub olub. Əhməd Yusifov isə iki rəqibini üstələməsinə baxmayaraq, 1/8 finalda yerli idmançı Romeyn Pikara uduzub.

Qeyd edək ki, üç gün davam edəcək yarışda Azərbaycanın daha 7 cüdoçusu tatamiyə çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43