İdman

“Böyük Dəbilqə”də iştirak edəcək cüdoçularımız

6-8 mayda Bakıda keçiriləcək cüdoçuların “Böyük Dəbilqə” turnirində çıxış edəcək milli komandanın heyəti açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, bu sınaqda Orxan Səfərov, İlqar Muşkiyev, Vüqar Şirinli, Elbrus Zamanov (hamısı – 60 kq), Tərlan Kərimov, Telman Vəliyev, Famil Məmmədzadə, Orxan Əsgərzadə (66 kq), Rüstəm Orucov, Fəqan Quluzadə, İsmayıl Piriyev, Vüqar Bayramov (73 kq), Abdülhəqq Rəsullu, Rüstəm Alimli, Ziya Namazov, Elvin Əhmədli (81 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev, Firudin Dadaşov, Vasif Şərbətli (90 kq), Elxan Məmmədov, Cəlil Şükürov, Zelim Koçoyev, Kənan Abdullaxanlı (100 kq), Uşanqi Kokauri, Xalid Mehdiyev, Nadir Hüseynov və Ayxan Cəfərov (+100 kq) mükafat uğrunda mübarizə aparacaqlar.

Qadınlar arasında ölkəmizi 48 kq-da Aişə Qurbanlı və Şəfəq Məmmədova, eləcə də Şəhanə Alməmmədova (57 kq) və Gülsədəf Kərimova (63 kq) təmsil edəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43