30 Sentyabr 2023
İdman

“Böyük olmaq üçün əvvəlcə axmaq olmalısan”

Boks tarixinin yaşayan əfsanələrindən olan Mayk Tayson xarici mətbuata müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, ağır çəki dərəcəsində gəlmiş-keçmiş ən yaxşı boksçulardan olan sabiq idmançı müsahibəsində iddialı danışıb. O, özünü tarixin ən yaxşısı adlandırıb:

“Mən tarixin ən böyüyüyəm. Böyük olmaq üçün əvvəlcə axmaq olmalısan, səhv etməlisən. Ruhdan düşməyə, hər şeydən vaz keçməyə tələsməyin. Heç bir şey mənim üçün asan deyildi, amma mən təslim olmadım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43