Ölkə futbolu

“Böyük oyun”: “Bütün “Neftçi” fanatlarına səslənirəm, təxribata uymayın”

Bu gün Premyer Liqanın 28-ci turu çərçivəsində azarkeşlər “Böyük oyun” həyəcanı yaşayacaqlar.

İdmanxeber.com-un məlumatına görə, qonaq komandanın azarkeşlərinin səfər qadağası səbəbindən sizə təkcə “Neftçi”nin “Forza” azad azarkeş qrupunun sözügedən matça hazırlığı barəsində məlumat verəcəyik.

Qrupun rəhbəri Oktay Ağazadə saytımıza açıqlamasında bu oyuna hazırlıqları ilə bağlı danışıb:

“Bu oyuna biz tamam başqa cür hazırlaşırıq. Düzdü rəqib azarkeşlərə qadağa qoyulub, amma  biz ondan öncə onların stadiona daxil olmaması üçün bütün biletləri klubdan istəmişik. Sabah stadionda yalnız “Neftçi” fanatları olacaq. Bizim planımızda  yürüş keçirmək fikrimiz var. Ona görə də gündüz saatlarından şəhərdə toplaşacağıq. Bir neçə bannerimiz olacaq, əgər imkan versələr açacağıq Olmasa, qalacaq. Bütün “Neftçi” fanatlarına səslənirəm, təxribata uymayın. Necə ki, keçən 2 noyabrda onlar gəlib stadion kənarında şüarlar səsləndirib, bizi qıcıqlandırdılar. Biz sadəcə öz böyüklüyümüzü göstərəcəyik: komandaya dəstək və salam. Daha onlar kimi 100 adamın üstünə 10 min adam düşmək kimi hərəkətlər etməyəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43