Ölkə futbolu

“Böyük oyun”: “Neftçi” Lənkəran səfəri öncəsi dərddə

"Neftçi"nin iki futbolçusu Cavid İmamverdiyev və Erik Ramos dünən "Simurq"la oyunda zədələnib.

İdmanxeber.com-un məlumatına görə, hər iki futbolçunun 20-ci turda "Xəzər Lənkəran"la "Böyük oyun"da meydana çıxması sual altına düşüb. Cavidin zədəsi elə də ciddi deyil. Bunu Böyükağa Hacıyev dünən mətbuat konfransında açıqladı. Lakin eyni sözləri Ramosla bağlı demək olmaz. Yaxın günlərdə hər iki futbolçunun səfərə yollanıb-yollanmayacağı məlum olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43