Premyer Liqa

“Böyük oyun”: “Neftçi” Lənkərana ciddi itki ilə gedəcək

Premyer Liqanın XIII turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq “Neftçi” bu oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə. “ağ-qaralar”ın hücumçusu Ruslan Qurbanov “Rəvan”la oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb. Cari mövsümdə sarı kart limitini dolduran Qurbanov “Böyük oyun”u buraxmalı olacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçı noyabrın 22-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43