Premyer Liqa

“Böyük oyun”: “Neftçi”nin iki əsas futbolçusu “Xəzər Lənkəran”la oyunu buraxacaq

Premyer Liqanın XXI turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşacaq “Neftçi” “Böyük oyun”a ciddi itkilərlə çıxacaq.

Klubun mətbuat xidmətindən İdmanxeber.com-a verilən məlumata görə, “ağ-qaralar”ın heyətində müdafiəçi Jairo “Rəvan”la oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşüb. Bundan başqa paytaxt klubunun hücumçusu Ruslan Qurbanov da cənub təmsilçisi ilə oyunu buraxacaq. 

Qurbanov “Rəvan”la matçın ikinci yarısında sarı vərəqə alaraq “Xəzər Lənkəran”la oyun öncəsi cəzalı duruma düşüb.

Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” matçı fevralın 13-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43