15 Oktyabr 2024
Kateqoriyasız

“Böyük oyun” öncəsi ilk “atmaca” “Xəzər Lənkəran”dan gəldi: “Rednikin gözəl bir sözü var idi: “Neftçi”ni mənim nənəm də udar”

"Biz "Qarabağ"la oyunda olanları unudub qarşıdakı "Neftçi" ilə oyuna fikirimizi yönəldəcəyik. Fikirimcə "Böyük oyun" öncəsi heç bir kart cəzalısı olan futbolçumuz yoxdu".

Bu sözləri İdmanxeber.com saytına "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Cənub klubunun rəsmisi uğursuzluqa baxmayaraq 4-cü turdakı "Neftçi" ilə prinsipial oyunda qalib gələcəklərinə əmin olduğunu bildirib:

"Rednikin bir gözəl sözü var idi: "Neftçi"ni mənim nənəm də udar", yəni bizim klub ən pis günlərində belə onları burdan məğlub yola salıb. Fikirimcə avqustun 25-də "Neftçi" üzərində qazanacağımız qələbə bizim üçün dönüş nöqtəsi olacaq. Bu pis anlaşılmasın. Biz rəqibə hörmətlə yanaşırıq. 7-dən 77-yə hamı bu oyunun necə gözəl və maraqlıə keçəcəyini bilir. "Neftçi" ilə oyunlara komandamız başqa bir motivasiyada hazırlaşır. "Neftçi"yə hörmətlə yanaşırıq, ancaq bu oyun bizim üçün dönüş nöqtəsi olacağına əminik".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43