Premyer Liqa

“Böyük oyun” öncəsi “Neftçi”də böyük dərd

Xəbər verdiyimiz kimi, sentyabrın 13-də “Neftçi” “Xəzər Lənkəran”ı qonaq edəcək.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “ağ-qaralar” “Böyük oyun” öncəsi ciddi itki ilə qarşılaşıb.

Belə ki, paytaxt klubunun hücumçusu Ernest Nfor zədə səbəbindən prinspial matçda “Neftçi”ni tək qoymalı olacaq. Onun “Xəzər Lənkəran”la oyunda meydana çıxmayacağı dəqiqləşib.

Əvəzində Nikolas Kanales “Neftçi”nin start heyətində Lənkəran təmsilçisinə qarşı forma geyinə biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43