Ölkə futbolu

“Böyük oyun”: “Xəzər Lənkəran”da ciddi itki

Premyer Liqanın XII turunda səfərdə "Neftçi"ylə qarşılaşacaq "Xəzər Lənkəran"ın bir futbolçusunun bu oyunda çıxış edəcəyi sual altındadır.
Lənkəran təmsilçisinin mərakeşli üzvü Zohair Benouahinin matçda çıxış etmək ehtimalı azdır. Çünki onun əzələsində dartılma var.
Yarımmüdafiəçinin son durumu oyun günündə bəlli olacaq.
Qeyd edək ki, oyun noyabrın 2-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43