Ölkə futbolu

“Böyük oyun”: “Xəzər Lənkəran”ın inadı

Həftəsonu baş tutacaq “Xəzər Lənkəran” – “Neftçi oyunu televiziya vasitəsi ilə canlı yayımlanmayacaq.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, sözügedən oyun “İdman Azərbaycan” kanalının proqramında yer almayıb. Buna səbəb Cənub klubunun öncədən də irəli sürdüyü şərtlərdi. Belə ki, “ağ-yaşıllar” sözügedən oyunu canlı yayımlamaq istəyən kanaldan pul tələb edir.

Xatırladaq ki, “Böyük oyun” “Xəzər Lənkəran Tv” vasitəsilə canlı yayımlanacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43