Ölkə futbolu

“Böyük oyun”dan öncə ilk iddialı açıqlama “Neftçi”dən gəldi: “Xəzər Lənkəran”ı məğlub etməliyik, başqa variantımız yoxdur”

"Biz hər oyuna 3 xal qazanmaq üçün çıxırıq. Qarşıdakı "Xəzər Lənkəran"la da oyunda qələbə üçün meydana çıxacağıq. Qələbə qazanmalıyıq, başqa variantımız yoxdur".

Bu sözləri idmanxeber.com saytına açıqlamasında "Neftçi"nin futbolçusu Cavid İmamverdiyev deyib.

Paytaxt klubunun futbolçusu Premyer Liqanın XII turunda qarşılaşacaqları "Xəzər Lənkəran"la oyun haqda danışarkən, daha sonra bunları deyib:

"Superkubokda onlara uduzmağımıza baxmayaraq biz meydana qisas almaq üçün yox, qələbə qazanmaq üçün çıxacağıq. Biz kuboku qazanmışıq finalda. Düzdü onlar bizi məğlub edib Superkuboku qazandılar, təbrik edirəm. Ancaq biz qisas üçün yox, 3 xal qazanmaq üçün meydana çıxacağıq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43