Ölkə futbolu

Böyük qayıdış! Göz yaşları içərisində “Neftçi”dən ayrılan legioner geri qayıdır

Yayda "Neftçi"dən ayrılaraq Birləşmiş Ərəb Əmirliyinin "Əl Şaab" klubuna icarəyə verilən Julius Vobay yenidən müqavilə ilə məxsus olduğu paytaxt komandasına geri dönür.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, yayda icarədə olan Emil Balayev ("Araz Naxçıvan"), Nicat Qurbanov ("Simurq") kimi futbolçuları geri qaytaracaq "ağ-qaralar" yarımmüdafiə xəttindəki problemləri aradan qaldırmaq üçün 29 yaşlı Vobayı da müqavilənin bitiminə qədər heyətində saxlamaq niyyətindədi.

Qeyd edək ki, hücumameyilli yarımmüdafiəçi daha bir il "Neftçi"nin üzvü olacaq. O, icarədə oynadığı "Al Şaab"da meydana çıxdığı 12 matçda, 1 qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43