Ölkə futbolu

Böyükağa Hacıyev bu dəfə risk etməyəcək

“Neftçi”nin braziliyalı futbolçusu Bruno Bertuççinin durumuna aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, “Rəvan”la kubok oyununda əzələsini dartaraq, Denis Silva ilə əvəzlənən “solaxay” həftəsonu keçiriləcək “Sumqayıt”la oyuna kimi hazır olacaq. Lakin “ağ-qaralar”ın  baş məşqçi Böyükağa Hacıyev həkim nəzaərtində olan Bertuççini risk edərək, autsaderlə matça burxamaq niyyətində deyil. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43