Ölkə futbolu

Böyükağa Hacıyev: “Cütün taleyi Bakıdakı oyunda həll olunacaq”

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Partizan” – “Neftçi” matçı öncəsi mətbuat konfransı baş tutub. 

İdmanxeber.com-un məlumatına görə, tədbirdə “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev oyun haqda fikirlərini bildirib: “Partizan”ı yaxşı tanıyırıq, ciddi rəqibdir, güclü futbolçuları var. Bu rəqiblə 2 il əvvəl qarşılaşmışdıq. Üstəlik, komandanın son oyunlarını da izləmişəm. Bu “Partizan” 2 il əvvəlkindən qat-qat güclüdür. Fikrimcə, cütün taleyi Bakıdakı oyunda həll olunacaq. Komandamıza inanıram. Ümid edirəm ki, azarkeşlər sabah maraqlı qarşılaşmanın şahidi olacaqlar”.

Qeyd edək ki, mətbuat konfransından sonra “Neftçi”nin məşqi baş tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43