Ölkə futbolu

Böyükağa Hacıyev istefa verib – verməyəcəyi ilə bağlı idmanxeber.com-a danışdı: Gedir, yoxsa qalır?

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya “Koper”ini səfərdə məğlub edərək, III təsnifata vəsiqə qazanan “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev istefa verməyəcək.

İdmanxeber.com-a müsahibə verən təcrübəli mütəxəssis Bakıda Sloveniyada hansı hesabın qeydə alınacağından asılı olmayaraq istefa verəcəyi ilə bağlı verdiyi vədinə niyə əməl etməyəcəyini bu formada izah edib:

“Mən fikir verirəm ki, çoxları mənim istefamı gözləyir. Mən gedəcəm hansısa tör-töküntü gələcək xaricdən yerimə. Niyə getməliyəm ki? Mən Bakıdakı mətbuat konfransında əsəbi olmuşam və ona görə də istefa verəcəyimi demişdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43