Premyer Liqa

Böyükağa Hacıyev: “Mən bugün sübut etmək istədim ki…”

Premyer Liqanın 25-ci turunda "Neftçi" səfərdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldi.

Qonaq komandanın baş məşqçisi Böyükağa Hacıyevin matç haqda fikirləri ilə sizi tanış edirik:

"Mən bugün sübut etmək istədim ki, "Neftçi" əsas heyətlə meydana çıxanda qələbə qazanır. "Qəbələ" güclü hücum xəttinə malik olan komandadı. Lakin bizim də müdafiə xəttimiz güclüdü. Qarşıdakı oyunlarda xeyli sürprizlər edəcəyik".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43