Ölkə futbolu

Böyükağa Hacıyev “Neftçi”dən gedir (?)

Bu ilin oktyabr ayının 9-da Lənkəranda baş tutmuş “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra ikincilərin çalışdırıcısı Böyükağa Hacıyev “Böyük oyun”dan sonra iddialı açıqlama vermişdi.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar”ın baş məşqçisi Lənkərandakı qalmaqallı oyundan sonra “Mən Bakıda Mustafanın komandasına 5 qol vurmasam, istefa verib gedəcəm” – deyib. Maraqlıdır , sabah “Neftçi” “Xəzər Lənkəran”ın qapısına 5 qol vurmasa, Hacıyev paytaxt klubundan istefa verəcək? Təbii ki, ikinci dəfə bu cür nəticənin reallaşacağı inandırıcı görünmür. Belə olan halda, Hacıyev ya sözünə əməl edəcək, ya da “söz idi dedim” – deyərək, işinə davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43