Ölkə futbolu

Böyükağa Hacıyev yenidən “Neftçi”də

“Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun müşaviri vəzifəsinə Böyükağa Hacıyev təyin olunub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub prezidenti təcrübəli mütəxəssisin vəzifə təyinatı ilə bağlı bunları deyib: “Neftçi” PFK-nın son illərdə qazandığı uğurlarda Böyükağa Hacıyevin böyük əməyi var. O, baş məşqçi olduğu müddətdə komanda iki dəfə ölkə çempionu olmaqla yanaşı, bir dəfə də Azərbaycan kubokunu qazandı.

“Neftçi” PFK-nın tarixi APOEL zəfəri ilə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması və Azərbaycan futbolunda ilkə imza atmasında da Böyükağa müəllimin rolu danılmazdır. Təsadüfi deyil ki, komanda qrup mərhələsində “Partizan”la hər iki qarşılaşmada, “İnter”lə isə səfərdə heç-heçəyə imza atdı və İtaliya təmsilçisinə qarşı doğma arenada cəsarətli futbol nümayiş etdirdi.

Bu mövsüm Çempionlar Liqasındakı uğursuzluqdan sonra Böyükağa Hacıyev baş məşqçi vəzifəsindən istefa verdi. Bununla belə biz onun klub qarşısındakı xidmətlərini nəzərə alaraq, təcrübəsindən bundan sonra da yararlanmağa qərar verdik. Biz hər zaman kluba yerli mütəxəssislərin cəlb edilməsinə çalışmışıq və bu mənada Böyükağa Hacıyev kimi təcrübəli şəxsin futboldan kənarda qalması düzgün olmazdı. İnanıram ki, O, yeni vəzifəsində də kluba çox faydalı olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43