Ölkə futbolu

Böyükağa Hacıyevdən özgə “bostanına daş”: “Mən onun kimi deyiləm, gördünüzmü?”

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev yenidən Nazim Süleymanovun bostanına daş atıb.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun çalışdırıcısı “Qəbələ”ylə qalib gəldikləri (2:1) matçdan sonra: “Mən Nazim Süleymanov kimi deyiləm ki, deyəm futbolçu alın. Buyurun, “Neftçi”nin futbolçuya ehtiyacı olmadığını gördünüz. Bizim heyətimiz var, nə futbolçu?” –  deyə, gülümsəyərək ətrafa baxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43