Ölkə futbolu

Böyükağa Hacıyevin qəzəbinə tuş gələnlər: iki futbolçu əsas heyətdən uzaqlaşdırıldı

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "Bakı"ya yenilgidən sonra iki futbolçunun əsas heyətdən uzaqlaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunda "zəif"in qəzəbinə tuş gələn futbolçular Cavid İmamverdiyev və Bahodir Nasimov olub. Hər iki futbolçu son turlardakı zəif çıxışlarına görə, əsas komandadan "dubl"a göndəriliblər.

Qeyd edək ki, Böyükağa Hacıyev "Bakı"yla oyundan sonra mətbuat konfransında Bahodir Nasimova sonradan da olsa şans verdiyini və özbək futbolçunun özünü doğrulda bilmədiyini bildirmişdi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43