Azərbaycan I Liqasında 25-ci tura yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, turun azarkeş tərəfindən ən çox maraq göstərilən oyunlarından biri Mingəçevirdə baş tutub. Şəhərin eyniadlı komandası doğma meydanda “Zaqatala”nı qəbul edib.
0:0 hesabı ilə sona çatan qarşılaşmanı tribunalardan 2000 azarkeş izləyib.
Xatırladaq ki, “Mingəçevir” 26 xalla 8-ci, “Zaqatala” 27 xalla 6-cıdır.