08 Sentyabr 2024
Ölkə futbolu

“Braqa” – “Qarabağ” oyununun hakimləri açıqlandı

“Braqa” – “Qarabağ” komandaları arasında keçiriləcək ilk oyununun təyinatları bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanı danimarkalı baş hakim Morten Kroqa idarə edəcək. Ona Vollenberq Rasmussen və Steffen Bramsen yardımçı olacaqlar.

Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək. 

Fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43