Kateqoriyasız

Braziliya Amerika kubokunun qalibi oldu

Futbol üzrə Amerika Kuboku başa çatıb.

İdmanxeber.az-ın məlumatına görə, finalda ev sahibi Braziliya və Peru milliləri üz-üzə gəlib.

“Marakana” stadionunda keçirilən matçda dörd qol qeydə alınıb. “Sambaçılar” Perudan güclü olub və tarixində 9-cu dəfə kuboka sahib çıxıb – 3:1.

Qeyd edək ki, yarışın bürünc mükafatına Argentina yığması sahib olub.

Braziliya – Peru – 3:1
Qollar:
 Everton, 15 (1:0), Gerrero, 44-pen. (1:1), Qabriel Jesus, 45 (2:1), Riçarlison, 88-pen. (3:1)
Qırmızı vərəqə: Qabriel Jesus, 70 (Braziliya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43