Dünya futbolu

Braziliya çempionatının qalibi müəyyənləşdi

“Kruzeyro” səfərdə “Vitoriya”nı 3:1 hesabıyla məğlub etməklə Braziliya çempionatının qızıl medallarını rəsmiləşdirib. 

Çempionatın başa çatmasına 4 tur qalmış Belu-Orizonti klubu ən yaxın izləyicisi – “Atletiko Paranaense”ni 16 xal qabaqlayır.

Məlumat üçün deyək ki,  “Atletiko” hesabat turunda “Krisiuma”ya uduzub (1:2). 

Qeyd edək ki, “Kruzeyro” tarixində 3-cü dəfə Braziliya çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43