Dünya futbolu

Braziliya millisinin üzvü “Yuventus”a keçir

“Aston Villa”nın yarımmüdafiəçisi Duqlas Luis “Yuventus”a keçməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, bu gün 26 yaşlı futbolçu Braziliya millisində tibbi müayinədən keçir. Onun “Yuventus”la 2029-cu ilin yayına qədər müqavilə imzalayacağı gözlənilir.

Ötən mövsüm Duqlas Luis 53 oyun keçirib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43