Dünya futbolu

Braziliya millisi üçün 4 namizəd – Zidan, Mourinyo…

Braziliya Futbol Federasiyası (BFF) məşqçi axtarışlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, BFF-nın yığmanı çalışdırması üçün 4 namizəd üzərində müzakirələr aparır. Bunlar Karlo Ançelotti, Zinəddin Zidan, Jose Mourinyo və Luis Enrikedir.

İtaliyalı mütəxəssisin “Real”da, portuqaliyalının isə “Roma”da qalmaq istəməsi iki baş məşqçinin də milliyə gətirilməsinə mane olur.

Zidanın da Braziliyada çalışmağa müsbət yanaşmadığı vurğulanıb. Bu halda isə federasiya milli üçün ən real namizədin Luis Enrike olduğunu düşünür.

Qeyd edək ki, DÇ-2022-nin ardından komandnaın baş məşqçisi Tite istefaya göndərilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43