Dünya futbolu

Braziliya millisinin sabiq üzvünün yeni klubu müəyyənləşdi

Braziliya millisinin sabiq üzvü Luis Fabianonun yeni klubu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, son olaraq Çinin “Tianjin Quanjian” komandasında çıxış edən braziliyalı karyerasını vətənində – “Vasko da Qama” klubunda davam etdirəcək.

Qeyd edək ki, 36 yaşlı hücumçu 2005-2011-ci illər ərzində “Sevilya”nın formasını geyinib və klubun heyətində iki dəfə UEFA kubokunu başı üzərinə qaldırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43