Dünyadan

Braziliyada futbol adına çirkin olay: Baş məşqçi qadın hakimə “ilişdi” – FOTO

Yaşıl meydanlarda çirkin hadisələrdən biri Braziliyada baş verib.

İdmanxeber.comGloboesporte.com”-a istinadən xəbər verir ki, “Juventus de Santa Catarina” klubunun baş məşqçisi Celso Teixeria oyunların birində qadın hakimə sözün həqiqi mənasında sataşıb

Belə ki, matçın baş hakimi tərəfindən tribunaya göndərilən çalışdırıcı yan xətt hakimin Maira Amerikano Labeyə “Səni odlu-alovlu qız” “Balam” kimi sözlər söyləyib. Yan xətt hakimi matçdan sonra baş məşqçinin ona dediklərini mətbuata açıqlayıb: “Bəli, belə bir şey baş verdi”. Baş məşqçinin bu hərəkəti Braziliyada səs-küyə səbəb olub. 



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43